Verilən məlumatlara əsasən, çərşənbə günü Qəzzə zolağında 33 fələstinli şəhid olub.
Tibbi mənbələr sionist rejimin çərşənbə günü Qəzzə zolağına olan hücumlarında 23-ü Qəzzə zolağının şimalından olmaqla, 33 nəfərin şəhid olduğunu açıqlayıblar.
Xarici KİV-in verdiyi məlumatda bildirilib ki, sionist ordusu Kamal Üdvan xəstəxanasının ətrafındakı evlərdə və yaşayış məhəllələrində bomba yerləşdirilmiş robotların partladılması əməliyyatlarını çoxaldıb.
Sionist rejimin qırıcıları Qəzzə şəhərinin cənub bölgələrinə və Qəzzə zolağının şimalına ağır hücumlar həyata keçiriblər. Bununla eyni zamanda Cəlabiya düşərgəsindəki və əz-Zeytun məhəlləsindəki evlər dağıdılıb.
Sionist rejimin artilleriyası da Qəzzə zolağının cənubunda yerləşən Rəfəhin şərqindəki əl-Cəninə məhəlləsini bombalayıb.