Qəzzədə səhiyyə və tibb mənbələri bazar günü səhər saatlarından axşam saatlarına qədər 46 nəfər şəhidin olduğunu bildiriblər.
Xarici KİV-in verdiyi məlumata görə, Qəzzənin səhiyyə və tibb mənbələri sionist rejimin bazar günü səhər saatlarından axşam saatlarına qədər Qəzzənin müxtəlif bölgələrinə qarşı həyata keçirdiyi hücumlarda azı 46 nəfərin şəhid olduğu haqda məlumat veriblər.
Həmçinin xəbər agentliklərindən birinin müxbiri verdiyi hesabatda bildirib ki, işğalçı ordunun zirehli maşınları Qəzzə zolağının şimalında yerləşən Beyti Lahiyadakı Kamal Üdvan xəstəxanasını ağır şəkildə bombalayıblar.
Qəzzə Səhiyyə Nazirliyi bazar günü açıqlamasında sionist rejimin Qəzzə zolağına qarşı təcavüzləri nəticəsində şəhid olanların sayının 45259 nəfərə çatdığını qeyd edib.