Xarici KİV-in verdiyi məlumata görə, sionist rejiminin Qəzzə zolağına olan hücumları nəticəsində şəhidlərin sayı 35-ə, yaralıların sayı isə 150 nəfərə çatıb.
Qəzzə zolağındakı müxbirlərdən biri, sionist rejiminin Qəzzəyə qarşı son təcavüzündə əsas hədəflərdən birinin yaşayış binaları olmasına işarə edərək deyib ki, rejimin Qəzzə zolağında törətdiyi bu cinayətdə yaralıların sayı 150-ə çatıb.
Fələstin Səhiyyə Nazirliyinin Qəzzədəki ən yeni statistikasına əsasən, sionist rejiminin Qəzzəyə olan hücumları ötən çərşənbə axşamınıdan başlayıb və hələ də davam edir. Bu hücumlar 35 Fələstin vətəndaşının, o cümlədən 6 uşaq və 3 qadının şəhid olması ilə nəticələnib.
Bundan əvvəl Qəzzədə fələstinli şəhidlərin sayının 33 nəfər olduğu bildirilmişdi.
Fələstin Səhiyyə Nazirliyi bildirib ki, cari ilin əvvəlindən indiyə qədər Qəzzə zolağı və İordan çayının qərb sahillərində fələstinli şəhidlərin sayı 150 nəfərə çatıb.