Qəzzə Vəqflər Nazirliyi verdiyi bir hesabatda sionist rejiminin bu zolağa olan hücumlarında 604 məscidin tamamilə dağıdıldığını açıqlayıb.
Xarici KİV-in verdiyi məlumata görə, Qəzzə Vəqflər Nazirliyinin hesabatında deyilir: İşğalçı rejimin raketləri və bombaları 604 məscidi tamamilə və 200-dən çox məscidi isə qismən dağıdıb.
Qəzzə Vəqflər Nazirliyi əlavə edib: İşğalçı rejim 60 qəbirsanlığı da hədəfə alıb, qəbirləri açıb və mindən çox şəhidin və dünyasını dəyişmiş insanın cəsədini oğurlayaraq dərilərini soyub.
Bu hesabatda, həmçinin deyilir ki, işğalçı İsrail rejimi bu nazirliyin əsas qərargahı da daxil olmaqla, Vəqflər Naziriyinə bağlı 15 qərargahı, Radio Quran qərargahını, Xan Yunis Vəqflər İdarəsini və bu nazirliyin sənədlər və əl yazmalarının saxlanıldığı mərkəzi də dağıdıb.
Bu hesabatın sonunda deyilir: Sionist rejiminin hücumlarında şəhid olan Qəzzə Vəqflər Nazirliyinin əməkdaşlarının sayı 91 nəfərdir.