Qəzzədəki Fələstin Səhiyyə Nazirliyi bazar ertəsi günü dağıntılar altından doqquz şəhidin çıxarıldığını və bir yaralı şəxsin Qəzzə zolağındakı xəstəxanalara köçürüldüyünü açıqlayıb.
Nazirlik açıqlamasında bir sıra qurbanların dağıntılar altında və küçələrdə qaldığını, xilasetmə qruplarının geniş dağıntılar və təhlükəsiz şəraitin olmaması səbəbindən onlara kömək edə bilmədiyin vurğulayıb.
Məlumata görə, 10 Oktyabrda atəşkəs başlayandan indiyə qədər şəhid olanların sayı 356, yaralıların sayı 909, dağıntılar altından çıxarılan cəsədlərin ümumi sayı isə 616 nəfərə çatıb.
Qəzzə Səhiyyə Nazirliyindən əlavə olaraq bildirilib ki, son statistikanı nəzərə alsaq, sionist rejimin 7 Oktyabr 2023-cü ildən indiyədək Qəzzəyə qarşı apardığı soyqırım müharibəsinin qurbanlarının ümumi sayı 70 112 şəhid və 170 986 yaralı olaraq qeydə alınıb.

























