Qəzzə Səhiyyə Nazirliyi İsrail rejiminin təcavüzkar hücumları nəticəsində şəhid olanların sayının 54 min 56 nəfərə yüksəldiyini açıqlayıb.
Qəzzə Səhiyyə Nazirliyi son 24 saatda 79 şəhid və 163 yaralının Qəzzə zolağındakı xəstəxanalara köçürüldüyünü açıqlayıb.
Xəbər agentliklərindən birinin məlumatına görə, Qəzzə Səhiyyə Nazirliyi Qəzzə zolağının şimalındakı xəstəxanaların bu statistikaya daxil etmədiyini, çünki onlara çatmaq çətin olduğunu bildirib.
Nazirlik bəyan edib ki, 7 Oktyabr 2023-cü il tarixindən indiyədək İsrailin təcavüzkar hücumları nəticəsində şəhid olanların sayı 54 056, yaralananların sayı isə 123 129 nəfərə çatıb.
Nazirlik bir sıra qurbanların hələ də dağıntılar altında və yardım və mülki müdafiə əməkdaşlarının gedə bilmədiyi yollarda olduğunu vurğulayıb.
Nazirliyin məlumatına görə, 2025-ci il Martın 18-dən, yəni İsrail rejiminin atəşkəs rejimini pozaraq Qəzzə zolağına təcavüzkar hücumlarını bərpa etdiyi vaxtdan indiyədək 3901 nəfər şəhid olub, 11088 nəfər yaralanıb.