Qəzzədəki Fələstin Səhiyyə Nazirliyi: Sionist rejimin 2023-cü ilin Oktyabr ayının 7-dən etibarən davam edən hücumları nəticəsində (Qəzzədə) şəhid olanların ümumi sayı 52365, yaralananların sayı isə 117905 nəfərə çatıb.
Qəzzədəki Fələstin Səhiyyə Nazirliyi bəyanat yayaraq, sionist rejimi ordusunun ötən ilin Oktyabr ayının 7-dən etibarən Qəzzə zolağına qarşı hücumlarında həyatını itirən və yaralananlar barəsində ən son statistikasını açıqlayıb.
Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, sionist rejimin Qəzzə zolağına hücumları nəticəsində indiyə qədər şəhid olanların sayı 52365 nəfərə çatıb.
Həmçinin bu tibbi qrum sionist rejimin hücumları zamanı yaralananların ümumi sayının 117905 nəfər olduğunu bildirib.
Nazirlikdən bildirilib ki, son 24 saat ərzində 51 şəhidin cəsədi xəstəxanalara köçürülüb. Həmçinin bu müddət ərzində 113 nəfər də yaralanıb.
2025-ci il Martın 18-dən başlayaraq Qəzzəyə qarşı yeni hücum dalğasında isə 2273 nəfər şəhid olub və 5864 nəfər isə yaralanıb.
Hələ də minlərlə insan Qəzzə zolağında itkin düşmüş və dağıntıların altında qalmış vəziyyətdədir.