Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyi ən son statistikasında Qəzzə zolağında şəhid olanların sayının 48 min 181 nəfərə çatdığını açıqlayıb.
Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyi ötən 48 saat ərzində 26 şəhidin cənazəsinin bu bölgədəki xəstəxanalara aparıldığı barədə məlumat verib.
Nazirlikdən bildirilib ki, 22 şəhidin cənazəsi yenicə dağıntılar altından çıxarılıb və 4 nəfər isə ötən 48 saat ərzində şəhid olub.
İsrailli işğalçıların fələstinlilərə tərəf açdığı atəş nəticəsində Qəzzə zolağında digər 5 fələstinli yaralanıb.
Son statistikalara əsasən, 2023-cü ilin Oktyabr ayının 7-dən indiyə qədər Qəzzə zolağında şəhid olanların sayı 48181 nəfərə, yaralananların sayı isə 111638 nəfərə çatıb.
Hələ də Qəzzə zolağında minlərlə digər şəhidin cənazəsi dağıntılar altındadır və onları çıxarmaq üçün şərait yoxdur.