Fələstin Səhiyyə Nazirliyi cümə axşamı günü son 24 saat ərzində təxminən 180 fələstinlinin şəhid olduğunu və yaralandığını açıqlayıb.
Qəzzədəki Fələstin Səhiyyə Nazirliyinin bəyanatında deyilir: Sionist rejimi müharibənin 461-ci günündə 3 yeni cinayət törədib və nəticədə, 70 nəfər şəhid olub və 104 nəfər yaralanıb.
Beləliklə də, 2023-cü ilin Oktyabr ayının 7-dən indiyə qədər Qəzzə müharibəsində şəhid olanların sayı 46006 nəfərə, yaralıların sayı isə 109378 nəfərə çatıb.
Sionist rejimin Qəzzə zolağındakı cinayətləri davam edən bir vaxtda bu rejimin maliyyə naziri Bezalil Smutriç Qəzzə zolağında soyqırımın gücləndirilməsini istəyib və “Cəhənnəm yaratmaq və müharibənin üslubunu dəyişmək üçün hazırlaşmaq”-la təhdid edib. O, “Qəzzənin işğalından qormamağa” çağırıb.
O, əsirlər mübadiləsi üçün aparılan hazırkı danışıqların rədd edilməsini vurğulayaraq deyib: “HƏMAS-la danışıq baş tutmamalı idi. Xüsusən də (ona görə ki), biz bir neçə gündən sonra Trampla ağ paltarda daha güclü şəkildə danışıqlar masasına qayıda bilərdik.”