Dünən Fələstin Səhiyyə Nazirliyi sionist rejimin Qəzzə zolağında 415 gün təcavüz və qətliam törətməsindən sonra bu bölgədəki şəhidlərin sayının 44211 nəfərə çatdığını açıqlayıb.
Fələstin Səhiyyə Nazirliyinin müharibənin 415-ci günündə dərc olunan bəyanatında deyilir: Sionist rejimi ötən 24 saat ərzində Qəzzə zolağında dörd cinayət törətməklə 35 fələstinlini şəhid edib və 94 nəfəri isə yaralayıb.
Bu bəyanatda, həmçinin deyilir: Qeyd olunan şəhidləri və yaralıları da nəzərə almaqla sionist rejimin 2023-cü il Oktyabr ayının 7-də Qəzzə zolağına qarşı hücumları başlayan vaxtdan bəri şəhid olanların sayı 44211 nəfərə, yaralananların sayı isə 104567 nəfərə çatıb.
Sionist rejimin yaşayış bölgələrinə hücumları səbəbindən həyatını itirən fələstinlilərin çoxunu qadınlar, uşaqlar və yaşlı insanlar təşkil edir.
İsrail rejimi tərəfindən Qəzzə zolağında qadınlar və uşaqların öldürülürməsi, soyqırım müharibəsi və etnik təmizləməsi davam etdiyi halda, Beynəlxalq Cinayət Məhkəməsi cümə axşamı günü bu rejimin baş naziri Benyamin Netanyahunun və keşmiş müdaifə naziri Yoav Qallantın həbs olunması üçün hökm çıxarıb. Onlar hərbi cinayət törətməkdə, insanlığa qarşı cinayətdə və aclıqdan (Qəzzə xalqını ac saxlamaq) silah kimi istifadə etməkdə ittiham olunurlar.