Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyi son statistikasında sionist rejiminin hücumları nəticəsində bu zolaqda şəhid olanların sayının 42438 nəfərə çatdığını açıqlayıb.
Xarici KİV-in verdiyi məlumata görə, Fələstin Səhiyyə Nazirliyi açıqlama verərək bildirib ki, sionist rejimi ötən 24 saat ərzində Qəzzə zolağında iki qətliam törədib. Nəticədə isə, 29 nəfər şəhid olub və digər 93 nəfər isə yaralanıb.
Verilən məlumata əsasən, bu ana qədər (günorta saatlarında) həyatını itirənlərin bəzisi dağıntılar altında və küçələrdə qalıb, xilasetmə qüvvələrinin isə onlara kömək etməyə imkanları yoxdur.
Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, sionist rejiminin 2023-cü ilin Oktyabr ayının 7-dən etibarən Qəzzə zolağına qarşı hücumlarında şəhid olanların sayı 42438 nəfərə yüksəlib.
Bu nazirlikdən bildirilib ki, sionist ordusunun müharibə başlayandan bəri bu bölgəyə olan hücumları zamanı yaralananların sayı 99246 nəfərdir.