Qəzzə soyqrım müharibəsindəki şəhidlərin sayı növbəti 58 nəfərin şəhid olması ilə 40534 nəfərə çatıb.
Qəzzədəki Fələstin Səhiyyə Nazirliyi dünən (çərşənbə günü) işğalçı sionist rejiminin 24 saat ərzində 4 yeni cinayət törətdiyini və nəticədə 58 nəfərin şəhid olduğunu, 131 nəfərin isə yaralandığını açıqlayıb.
Qəzzədəki Fələstin Səhiyyə Nazirliyindən, həmçinin bildirilib: Yeni itkiləri nəzərə almaqla, 7 Oktyabrdan və əl-Əqsa Fırtınası başlayan vaxtdan indiyə qədər Qəzzədə şəhid olanların sayı 40534, yaralıların sayı isə 93778 nəfərə çatıb.
Qəzzə zolağında on mindən çox insan hələ də itkin düşüb və dağıntılar altında qalıb.