Qəzzədəki Fələstin Səhiyyə Təşkilatı cümə axşamı günü açıqlama verərək bildirib ki, İsrailin son 24 saatda törərdiyi cinayətlər 200 fələstinlinin şəhid olması və yaralanmasına səbəb olub.
Qəzzədəki Fələstin Səhiyyə Təşkilatı sionist rejiminin yenidən 4 cinayət törətdiyini və bunun nəticəsində də 42 nəfərin şəhid olduğunu, 163 nəfərin isə yaralandığını bildirib.
Həyatını itirənlərin bir çoxu hələ də dağıntılar altındadır və onlara yardım etmək mümkün deyil.
Bununla da, Qəzzə zolağında şəhid olanların ümumi sayı 40265, yaralıların sayı isə 93144 nəfərə çatıb.