Qəzzə Səhiyyə Nazirliyi sionist rejiminin Qəzzə zolağına hücumlarında şəhid olan və yaralanan fələstinlilərin sayının artdığını açıqlayıb.
Qəzzə Səhiyyə Nazirliyi yaydığı son bəyanatda müharibənin 297-ci günündə (bazar ertəsi günü) şəhid olan fələstinlilərin sayı barədə dünən məlumat verib. İsrail ordusu ötən 24 saat ərzində Qəzzədə növbəti 3 kütləvi qətl törədib və nəticədə 39 fələstinli şəhid olub, 93 nəfər isə yaralanıb.
Nazirlikdən bildirilib ki, Oktyabrın 7-dən indiyə qədər ümumilikdə şəhid olan fələstinlilərin sayı 39363, yaralıların sayı isə 90923 nəfərə çatıb.
Qəzzə Səhiyyə Nazirliyi əvvəlki bəyanatlarda olduğu kimi bu bəyanatda da çox sayda fələstinlinin dağıntılar altında qaldığını diqqətə çatdırıb.
Xəbər agentliklərindən biri dünən İsrail ordusunun Xan Yunisdəki Əbu Həmid meydanına hücum etdiyini bildirib.
Bu məlumata əsasən, bu hücumda azı 5 fələstinli şəhid olub və digər bir neçə nəfər isə yaralanıb.
Dünən İsrail ordusu Qəzzə şəhərində yerləşən Zeytun məhəlləsindəki “əl-Küveyt” meydanını hədəfə alıb ki, bu da fələstinli bir mülki vətəndaşın şəhid olması ilə nəticələnib.
Qəzzə zolağının ciddi şəkildə tibbi ləvazimat çatışmazlığı ilə üzləşdiyi bir halda bu bölgədə şəhid olanların və yaralananların sayı artır.
Sionist rejiminin ordusu Qəzzə zolağını öz mühasirəsi altına alıb və humanitar yardımların bu bölgəyə daxil olmasına icazə vermir.