Qəzzədə növbəti 95 fələstinlinin şəhid olması ilə şəhid olanların sayı 36379 nəfərə yüksəlib.
Verilən məlumata əsasən, Qəzzə Səhiyyə Nazirliyi şənbə günü açıqlama verərək bildirib: Qəzzəyə qarşı müharibədə indiyə qədər şəhid olanların sayı 36379, yaralıların sayı isə 82407 nəfərə çatıb.
Nazirlikdən bildirilib: Sionist rejiminin ordusu bu zolaqda ötən 24 saat ərzində növbəti 5 cinayət törədib. Bunun nəticəsində də, 95 fələstinli şəhid olub və digər 350 nəfər isə yaralanıb.
Həyatını itirənlərin bir çoxu hələ də küçələrdə və dağıntılar altındadır. Sionist rejimi həyata keçirdiyi hücumlarla onlara kömək olunmasının qarşısını alır.