Sionist rejiminin Qəzzəyə olan hücumları nəticəsində şəhid olanların sayı 34488 nəfərə yüksəlib.
Verilən məlumata görə, Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyi bazar ertəsi günü açıqlama verərək bildirib: Sionist rejiminin ordusu ötən 24 saat ərzində bu zolaqda digər 3 qətliam və cinayət törədib.
Nazirlikdən bildirilib ki, bu hücumlar nəticəsində 34 fələstinli şəhid olub və 68 nəfər isə yaralanıb.
Bu hesabata əsasən, yeni şəhidləri hesablamaqla sionist rejiminin Qəzzəyə qarşı müharibəsində ötən Oktyabr ayın 7-dən indiyə qədər şəhid olanların sayı 34488 nəfərə, yaralıların sayı isə 77643 nəfərə yüksəlib.
7000-dən çox insan isə hələ də itkin düşüb və dağıntılar altındadır.