Qəzzədəki Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, sionist rejiminin hücumları nəticəsində şəhid olanların sayı 33 min 686 nəfərə yüksəlib.
Verilən məlumata görə, Qəzzədəki Fələstin Səhiyyə Nazirliyi bildirib: Oktyabrın 7-dən (Əl-Əqsa Fırtınası əməliyyatı başlayan vaxtdan) indiyə qədər sionist rejiminin hücumları zamanı 33868 nəfər şəhid olub, 76309 nəfər isə yaralanıb.
Nazirlikdən, həmçinin bildirilib ki, sionist rejimi ötən 24 saat ərzində Qəzzə zolağının əhalisinə qarşı 5 cinayət törədib. Nəticədə isə 52 nəfər şəhid olub və digər 95 nəfər də yaralanıb.