Fələstin Səhiyyə Nazirliyi sionist rejiminin hücumları nəticəsində şəhid olanların sayının 32 226 nəfərə çatdığını açıqlayıb.
Verilən məlumata görə, SəhiyyəNazirliyi bazar günü bildirib: İşğalçılar ötən 24 saat ərzində Qəzzədə 8 qətliam törədiblər ki, bunun da nəticəsində 84 nəfər şəhid olub və 106 nəfər yaralanıb.
Nazrilikdən, həmçinin bildirilib: Sionist rejiminin Qəzzə zolağına Oktyabr ayının 7-dən başlanan təcavüzkar hücumları zamanı indiyədək şəhid olanların sayı 32 226 nəfərə və yaralıların sayı isə 74 518 nəfərə çatıb.
Bu hesabata əsasən, 8 minə yaxın insan hələ də itkin düşüb və dağıntılar altında qalıb. Bundan əlavə, Qəzzədəki FələstinSəhiyyəNazirliyi bildirib ki, Qəzzədə müharibə qurbanlarının 73%-i qadın və uşaqlardan ibarətdir.