Qəzzədəki Fələstin Səhiyyə Nazirliyi Qəzzə zolağındakı şəhidlərin sayının 29606 nəfərə çatdığı haqda məlumat verib.
Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyi şənbə günü elan edib: Sionist rejimi ordusu Fələstinin bu bölgəsində ötən 24 saat ərzində digər 8 qətliam və cinayət törədib.
Bu hücumlarda 92 fələstinli şəhid olub və 123 nəfər də yaralanıb.
Qəzzədəki Fələstin Səhiyyə Nazirliyinin hesabatına əsasən, Qəzzə müharibəsi başlayan vaxtdan (7 Oktyabr) indiyə qədər Qəzzə şəhidlərinin sayı 29606 nəfərə, yaralıların sayı isə 69737 nəfərə yüksəlib.
Sionist rejiminin yaşayış bölgələrinə olan hücumları səbəbindən bu hücumlarda şəhid olan və yaralananların çoxu fələstinli qadınlar və uşaqlardır.
Hələ də 7000-ə yaxın insan itkin düşmüş və dağıntılar altındadır.