Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyi Fələstin şəhidlərinin sayının 26 257 nəfərə çatdığı barədə məlumat verib.
Bu məlumata əsasən, Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyi bugün (şənbə günü) bildirib ki, sionist rejimi ordusu ötən 24 saat ərzində bu bölgədə yaşayan fələstinlilərə qarşı 18 qətliam və digər cinayətlər törədib.
Bu nazirlik bu cinayətlərdə 174 fələstinlinin şəhid olduğunu və digər 310 nəfərin isə yaralandığını vurğulayıb.
Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyi bildirib ki, sionist rejiminin yeni cinayətlərini nəzərə almaqla müharibə başlayan vaxtdan etibarən indyədək Qəzzə şəhidlərinin sayı 26 257 nəfərə və yaralıların sayı isə 64 797 nəfərə çatıb.