Qəzzə Səhiyyə Nazirliyi sionist rejiminin Qəzzəyə olan hücumları nəticəsində şəhid olanların sayının 24 762 nəfərə çatdığını bildirib.
Verilən məlumata görə, Qəzzə Səhiyyə Nazirliyi bildirib: 7 Oktyabrdan indiyədək sionist rejiminin Qəzzəyə qarşı hücumlarında şəhid olanların sayı 24 762 nəfərə və yaralıların sayı isə 62 108 nəfərə çatıb.
Eyni zamanda təxminən 7 000 nəfər hələ də itkin düşüb və dağıntılar altında qalıb.
Qəzzədəki Fələstin Səhiyyə Nazirliyi, həmçinin bildirib ki, işğalçı sionist ordusu ötən 24 saat ərzində bu zolaqda digər 12 cinayət törədib.
Bu nazirlik onu da bildirib ki, bu cinayətlərdə digər 142 fələstinli şəhid olub və 278 nəfər də yaralanıb. Halbuki, bu nazirlik dünən (cümə axşamı günü) Qəzzə şəhidlərinin sayının 24 620 nəfər və yaralıların sayının isə 61 830 nəfər olduğunu açıqlamışdı.
Sionist rejimi tərəfindən Fələstin vətəndaşlarının məqsədsiz şəkildə öldürülməsi bu rejimin indiyədək elan olunan hərbi məqsədlərdən heç birini əldə etmədiyi halda davam edir. Buna baxmayaraq, hələ də fələstinlilərin evlərini bombalamağa, qadınları, uşaqları və dinc əhalini öldürməyə davam edir.