Fələstin Səhiyyə Nazirliyi Qəzzə şəhidlərinin sayının 1537 nəfərə çatdığı barədə məlumat verib.
Fələstin Səhiyyə Nazirliyi cümə axşamı günü gecə, Əqsa Fırtınası döyüşünün başlandığı vaxtdan Qəzzə şəhidlərinin sayının 1537 nəfərə çatdığını bildirib.
Fələstin Səhiyyə Nazirliyinin bəyanatında deyilir ki, sionist rejiminin Qəzzəyə olan hücumlarında indiyədək 500 uşaq və 276 qadın şəhid olub. Yaralıların sayının 1644-ü uşaq və 1005-i qadın olmaqla, 6612 nəfər olduğu bildirilib.
Fələstin Qırmızı Aypara Cəmiyyəti bildirib ki, Əqsa Fırtınası döyüşünün başlandığı vaxtdan 10-dan çox xilasedici sionist qırıcılarının hücumlarında şəhid olub.
Sionist qırıcıları dünən gecə Qüdsün qərbində yerləşən Tel əl-Həva məhəlləsindəki Əl-Dəhduh məntəqəsində Səbihin ailəsinin evini bombalayıb və nəticədə 4 nəfər şəhid olub, bəziləri də yaralanıb.
Təcavüzkar qırıcılar bir müddət əvvəl Qəzzə zolağının mərkəzində yerləşən əl-Bəric düşərgəsində bir mənzili bombalayıblar. Nəticədə azı 10 nəfər şəhadətə çatıb.
İnsan Haqlarına Nəzarət Təşkilatı sionist rejiminin 10 və 11 Oktyabr tarixlərində Qəzzə və Livana etdiyi hücumda fosfor bombasından istifadə etdiyini təsdiqləyib.