İsrail rejiminə aid döyüş təyyarələrinin Qəzzənin şimal-qərbində telekommunikasiya qüllələri yaxınlığında yerləşən yaşayış binasına endirdiyi hava zərbəsi nəticəsində azı 5 Fələstin vətəndaşı şəhid olub.
Bundan əvvəl, gecənin erkən saatlarında Deyr əl-Bələh şəhərinin cənub-qərbindəki əl-Bərəkə bölgəsində, kral sarayının yaxınlığında yerləşən əl-Əbrar məscidi ətrafındakı Sabah ailəsinin evinə edilən hava hücumu nəticəsində bir neçə qadın da daxil olmaqla, daha 9 nəfər şəhid olub, bir neçə nəfər isə yaralanıb.
İsrail rejimi 2023-cü il Oktyabrın 7-dən Qəzzə zolağına qarşı geniş və amansız hücumlarını davam etdirir. Bu hücumlar indiyədək uşaq və qadınların da olduğu ən azı 50752 nəfərin şəhid olması, 115475-dən çox insanın isə yaralanması ilə nəticələnib.