Xəbər mənbələri cümə günü səhər saatlarında, Qəzzə şəhərində bir binanın bombalanmasının ardınca azı 10 nəfərin şəhid olması barəsində məlumat veriblər.
Xarici KİV-in verdiyi məlumata görə, sionist rejiminin qırıcı təyyarələri Qəzzə şəhərinin əş-Şəbiyyə məntəqəsində bir binanı bombalayıblar ki, bunun da nəticəsində 10 nəfər şəhid olub.
Bundan öncə də, sionist rejiminin qırıcıları və artilleriyası Cəbaliya düşərgəsindəki məntəqələri hədəfə almış və nəticədə isə orada dəhşətli yanğın baş vermişdi.
Digər tərəfdən də, sionist rejiminə aid hərbi qayıqlar Qəzzə şəhərinin sahillərinə tərəf raket atıblar.
Sionist rejiminin Qəzzəyə qarşı nəticəsiz qalan 7 aylıq təcavüzündən sonra, bu rejim hər gün daxili və xarici böhranda daha çox batır.
Sionist rejimi bu müddət ərzində bu bölgədə cinayət, qətliam, dağıntı, hərbi cinayətlər, beynəlxalq qanunların pozulması, yardımlaşma qrumlarının bombalanması, qıtlıq və aclıqdan başqa heç nəyə nail olmayıb.