İsrail qırıcıları Qəzzə şəhərini ağır şəkildə bombalayıblar.
Bəzi xəbər mənbələri Qəzzə şəhərində dəhşətli partlayışların baş verməsi barədə məlumat veriblər və partlayış səslərinin Əsqəlan və Usdudda da eşidildiyini bildiriblər.
Xarici KİV-in verdiyi məlumata görə, İsrailin, Qəzzə zolağının cənubunda yerləşən Xan Yunisdəki məktəblərin bombalanmasında istifadə etdiyi sursatlar Amerika istehsalı olub.
Ötən gün fələstinli qaçqınların məskunlaşdıqları məktəblərin bombalanması zamanı 30-dan çox insan şəhid olub və onlarla insan yaralanıb.
Bundan öncə də, Qəzzə zolağının mərkəzində yerləşən Nəsirat düşərgəsindəki bir məktəbin sionist rejimi tərəfindən bombalanması ilə bağlı video görüntülər araşdırılaraq bildirilmişdi ki, bu cinayət də Amerika istehsalı olan sursatlardan istifadə olunmaqla baş verib.