Qəzzə zolağındakı Fələstinin Səhiyyə Nazirliyi bəyanatında sionist rejim ordusunun son 24 saat ərzində bu zolağa endirdiyi hücumlar nəticəsində 20 fələstinlinin şəhid olduğunu, daha 106 nəfərin isə yaralandığını açıqlayıb.
Sözügedən nazirlik bu gün, cümə günü Qəzzə müharibəsi ilə bağlı son statistik məlumatında bildirib ki, yardım qrupları daha 6 şəhidin cəsədini dağıntılar altından çıxararaq xəstəxanaya çatdırıblar.
Bəyanatda daha sonra qeyd olunub: Hələ də bir sıra şəhidlərin cəsədləri küçələrdə və dağıntılar altındadır və yardım qruplarının onlara çatmaq imkanı yoxdur.
Bəyanatda, həmçinin deyilir: 18 Mart tarixindən işğalçı rejim atəşkəsi pozaraq Qəzzə zolağına hücumlarını yenidən başladığı gündən indiyədək 1542 fələstinli şəhid olub və 3940 nəfər isə yaralanıb.
Sionist rejimin 7 oktyabr 2023-cü ildən bəri Qəzzəyə qarşı apardığı soyqırım savaşında şəhidlərin sayı 50 min 912 nəfərə, yaralıların sayı isə 115 min 981 nəfərə yüksəlib.
ABŞ-ın yaşıl ışığı ilə sionist rejim 2025-ci ilin 18 Mart tarixində atəşkəsi pozaraq Qəzzəyə qarşı dağıdıcı müharibəni yenidən başladıb və bu hücumlar indiyədək Qəzzədəki çox sayda mülki vətəndaşın və HƏMAS rəhbərlərinin şəhid olması və yaralanmasına səbəb olub.
Sionist rejimi həyati infrastrukturu bombalamaq və tamamilə məhv etməklə Qəzzə sakinlərinə təzyiq göstərmək, onları HƏMAS-a qarşı qaldırmaq və beləliklə, HƏMAS-ı tərksilah edərək Qəzzəni tədricən işğal etmək və Trampın məcburi köç planını həyata keçirmək niyyətindədir.
Bununla belə, rejimin daxili böhranının dərinləşməsi, əsir ailələrinin kəskin etirazları və ABŞ hökumətinin müharibənin başa çatmasına dair təkidi, sionist rejimin siyasi strukturunu çətin vəziyyətə salıb və onları müharibənin gələcəyi ilə bağlı qərar verməyə məcbur edir.