Qəzzə Səhiyyə Nazirliyi dünən (şənbə günü) sionist rejimin Qəzzə zolağına qarşı təcavüzkar hücumlarında şəhid olanların sayının 43314 nəfərə yüksəldiyini açıqlayıb.
Bu hesabata əsasən, Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyi verdiyi bəyanatda qeyd edib ki, işğalçı sionist ordusu ötən 24 saat ərzində bu zolaqda fələstinli mülki şəxslərə qarşı 7 qətliam törədib.
Nazirlikdən əlavə olaraq bildirilib ki, bu hücumda 55 fələstinli şəhid olub və 192 nəfər isə yaralanıb.
Ötən ilin Oktyabr ayından indiyədək Qəzzəyə qarşı həyata keçirilən müharibədə 43314 nəfər şəhid olub, 102019 nəfər isə yaralanıb. 10 mindən çox insan hələ də Qəzzə zolağında itkin düşüb və dağıntılar altında qalıb