İordan çayının qərb sahillərinin şimalında yerləşən Cenin şəhərində sionist rejiminin hərbiçiləri ilə toqquşmada 7 nəfər şəhid olub, bir neçə nəfər isə yaralanıb və yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.
Cenin şəhərinin cənubundakı Qubatiyədə də işğalçı qüvvələrlə toqquşmalar başlayıb.
Cəbəl ət-Təvil bölgəsindəki Əl-Birə şəhərində bir fələstinli oğlan işğalçıların açdığı atəş nəticəsində, digər bir fələstinli isə Nablusun cənubundakı Yətmada şəhadətə çatıb.