İşğal olunmuş Qüdsdəki Knesset binası önündə Netanyahu kabinetinin qalmaqallı məhkəmə dəyişikliyi layihəsinə qarşı köçkünlərin kütləvi etirazları başlayıb.
Sionist mediyalarının verdiyi məlumata görə, köçkünlər dünən Netanyahu kabinetinin qəbul etmək istədikləri məhkəmə dəyişikliyi layihəsinə etiraz olaraq işğal olunmuş Qüdsdəki Knesset binası qarşısında çadır qurublar.
İbrani mediyaları bildiriblər ki, sionist rejiminin keçmiş 200 səfir və diplomatı rejimin baş naziri Netanyahuya ünvanladıqları bir məktubda, məhkəmə dəyişikliyi layihəsi səbəbilə rejimin beynəlxalq mövqeyinə zərbə dəyməsi görə, narahatlıqlarını bildirərək bu layihənin ləğv olunmasını istəyiblər.
Bu məlumata əsasən, sionist rejiminin universitetlərinin rəhbərləri də tətilə çıxıb və Netanyahu kabinetinin qalmaqallı layihəsinə etiraz edənlərə qoşulublar.
Sionist rejiminin hakim kabineti Knessetin İyul ayının sonunda başlayacaq yay tətilindən öncə məhkəmə dəyişikliyi layihəsinin qəbul edilməsini istəyir.