Fələstin Məlumatlar Mərkəzi verdiyi hesabatda bildirib ki, ötən həftə İordan çayının qərb sahillərində və işğal olunmuş Qüdsdə İsrail hərbiçilərinin açdıqları atəş nəticəsində 7 fələstinli şəhid olub və onlarla insan yaralanıb.
Fələstin İnformasiya Mərkəzinin məlumatına əsasən, Fələstin Məlumatlar Mərkəzinin hesabatında şəhid olanlardan üçünün Qəssam batalyonlarından olduğu deyilib.
Bu hesabata əsasən, ötən həftə şəhid olan yeddi nəfərdən üçü uşaq və yeniyetmə olub.