İşğal altındakı torpaqlarda yaşayan minlərlə insan Netanyahu əleyhinə şənbə etirazlarında (bu gecə, şənbə günü axşam), ardıcıl olaraq 16-cı həftə üçün küçələrə çıxıblar. Onlar rejimin və baş nazir Benyamin Netanyahunun məhkəmə sistemində islahatlara dair qalmaqallı layihəsinə qarşı etiraz ediblər.
Sionist mediyalarının hesabatına əsasən, minlərlə etirazçı növbəti dəfə sionist rejiminin paytaxtı Tel-Əvivdə küçələrə çıxıblar və qalmaqallı layihəyə öz etirazlarını bildiriblər.
İctimai rəyin və ABŞ-ın təzyiqləri nəticəsində, Netanyahunun bu layihəni müvəqqəti olaraq təxirə saldığı bir vaxtda məhkəmə sistemi islahatlarına qarşı nümayişlər keçirilir.
Netanyahu Martın 27-si televiziya çıxışında deyib: Qərara gəlmişəm ki, milli məsuliyyətdən qaynaqlanan böyük razılaşma əldə etmək və israillilər arasında parçalanmanın qarşısını almaq üçün Knessetin məhkəmə dəyişiklikləri qanuna aid rəyini təxirə salım.
O, vurğulayıb ki, məhkəmə dəyişikliklərini təxirə salırıq, amma heç vaxt ondan əl çəkməyəcəyik.
Xarici KİV-in verdiyi məlumata əsasən, Netahyahu kabinetinin məhkəmə qanununa dəyişiklik adlı layihəsində məhkəmə sisteminin səlahiyyətləri azaldılacaq, bunun müqabilində isə bu rejimdə icra və qanunvericilik orqanlarının qüdrəti və mövqeyi güclənəcək.
Bu layihədə həmçinin, sionist rejiminin Nazirlər kabinetinin məhkəmə müşavirinin və bu rejimin digər nazirliklərinin məhkəmə müşavirlərinin səlahiyyətləri alınacaq. Nazir, istədiyi hər bir məhkəmə müşavirini öz ofisinə təyin etmək yaxud ofisindən çıxarmaq imkanına malik olacaq.
Bu layihə, bundan əvvəl Knessetin iclasında birinci oxunuşda 63 lehinə və 47 əleyhinə rəylə təsdiqlənib.