Xarici KİV-in verdiyi məlumata görə, sionist rejiminin Daxili Təhlükəsizlik Şurası daxili və xarici təhlükəsizlik vəziyyətini qiymətləndirməkdən ötrü iclaslar keçirib.
Verilən məlumata görə, işğal olunmuş ərazilərdə daxili etirazların artması bu bölgələrdə yaşayanların, işğalçı rejimin baş naziri Benyamin Netanyahunun istefasını və mövcud vəziyyət qarşısında cavab verməsini tələb etmələrinə səbəb olub.
Bu məlumata əsasən, Netanyahunun başçılıq etdiyi hakim koalisiyanın bir çox üzvü də eyni fikrə malikdir. Belə ki, bir sıra nazir öz istefalarını bildirməklə Netanyahunun hakimiyyətdən uzaqlaşmasını tələb ediblər.
İşğalçı İsrail rejiminin keçmiş siyasətçilərindən və hərbi komandirlərindən bəzisi Netanyahunun bu vəziyyətə görə tam məsuliyyət daşıdığını bildirib, onun istefasını istəyib.