Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Qəzzədə atəşkəsin pozulmasından sonra ən azı 322 uşağın öldüyünü açıqlayıb.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Qəzzədə atəşkəsin pozulmasından sonra ən azı 322 uşağın öldüyünü, 609 uşağın isə yaralandığını açıqlayıb.
UNICEF, həmçinin son on gündə hər gün orta hesabla 100 uşağın öldürüldüyünü və ya yaralandığını açıqlayıb.
Sionist rejimin Qəzzəyə hücumlarının başlamasından sonra Qəzzədə müharibə ilə bağlı statistik məlumatları yeniləyən UNİCEF bildirib ki, müharibənin 18 ayı ərzində ən azı 15 min uşaq şəhid olub, 34 min uşaq yaralanıb və bir milyondan çox insan ev-eşiyindən didərgin düşüb.
UNICEF İsrail rejiminin humanitar yardım işçilərinə qarşı hücumlarına da işarə edərək, Qəzzədə yardım işçilərinə hücumların beynəlxalq hüququ pozduğunu və humanitar əməliyyatları təhdid etdiyini vurğulayıb.