Xəbər mənbələri sionist rejimin baş naziri Benyamin Netanyahunun evi qarşısında yüzlərlə sionistin etiraz aksiyası keçirdiyini bildiriblər.
Xəbər agentliklərindən birinin verdiyi məlumata görə, Qəzzə müharibəsinin başlanmasından 600 gün keçməsinə baxmayaraq, çox sayda sionist rejimin baş naziri Benyamin Netanyahunun evinin qarşısında toplaşaraq Qəzzədə olan əsirlərinin geri qaytarılmasını tələb ediblər.
Sionist mənbələr bildiriblər ki, bu etiraz aksiyaları Tel-Əviv küçələrinə və işğal olunmuş ərazilərin mərkəzində yerləşən bölgələrə yayılıb.
Yüzlərlə sionist işğal olunmuş ərazilərin mərkəzində yerləşən “Rəhovot” qəsəbəsi yaxınlığında etiraz aksiyası keçirib və əllərində əsirlərin azad edilməsini tələb edən şüarların yazıldığı plakatlar tutublar.
Eyni zamanda, sionist rejimin parlamenti olan Knessetin spikerinin evi qarşısında da bir çox sionist əsir ailəsi toplaşıb və həm seçkilərin keçirilməsini, həm də 2023-cü il 7 Oktyabrda baş vermiş “əl-Əqsa Tufanı” əməliyyatı ilə bağlı araşdırma aparılmasını tələb ediblər.
Bu ailələr vurğulayıblar ki, əgər keçmişdən dərs almasaq, gələcəkdə böyük əziyyətlər yaşayacağıq və hazırkı hökumət bizə arxa çevirib.
Tel-Əvivdəki ABŞ səfirliyi qarşısında da yüzlərlə sionist ailəsi etiraz aksiyası keçirərək müxtəlif şüarlar səsləndirib.
Xəbər mənbələri Hayfa şəhərinin cənubunda da etiraz fəaliyyətlərinin baş verdiyini bildiriblər.
Son vaxtlar işğal olunmuş ərazilərin sakinləri Qəzzə zolağı yaxınlığında Fələstin müqaviməti ilə əsirlərin dəyişdirilməsi və Qəzzə müharibəsinin sona çatdırılması üçün razılaşmanın tələb olunması məqsədilə etiraz aksiyası keçiriblər.
Bu istiqamətdə, 1948-ci il işğal olunmuş ərazilərin yəhudi və fələstinli solçu fəallarından ibarət “Birlikdə Dayanırıq” hərəkatı sosial şəbəkə X-də paylaşdığı məlumatda, əsirlərin dəyişdirilməsi və müharibənin sona çatdırılması tələb olunan etirazda min nəfərdən çox adamın iştirak etdiyini bildirib.
Sionist rejimin Qəzzə zolağı boyunca hədəfsiz və vəhşicəsinə həyata keçirdiyi bombardmanlar çox sayda əsirin öldürülməsi ilə nəticələnib. Bu isə əsir ailələrinin daha da böyük qəzəbinə səbəb olub. Onlar baş nazir Benyamin Netanyahunu əsirlərin öldürülməsində və müharibənin davam etdirilməsində günahlandırırlar.