Minlərlə insan Netanyahunun işğal olunmuş Qüdsdəki evi qarşısında nümayiş keçirib və onun təcili surətdə istefasını tələb edib.
Xarici KİV-n verdiyi məlumata görə, bu nümayişlərin ardınca, Qüdsdə yerləşən Qəzzə küçəsində sionist rejiminin baş naziri Netanyahunun evi qarşısında nümayişçilərlə bu rejimin polisi arasında qarşıdurma yaranıb.
Bu məlumata əsasən, bu nümayişlərlə yanaşı, HƏMASIN əsir götürdüyü sionist əsirlərinin ailələri tərəfindən Netanyahunun qərargahı istiqamətində bir neçə nümayiş keçirilib.