Sionist mediyaları bildiriblər ki, Tel-Əvivdə məhkəmə dəyişiklikləri layihəsinə qarşı keçirilən nümayişlər zamanı bir maşın etirazçıları əzib və nəticədə, azı 5 nəfər zərər çəkib.
Sionist rejimi mediyaları bazar günü, rejimin baş naziri “Benyamin Netanyahu”-nu dəstəkləyən bir maşının Tel-Əvivdə etirazçılara hücum etməsi barədə xəbər veriblər.
Netanyahunun məhkəmə dəyişiklikləri layihəsinə qarşı keçirilən nümayişlərdən dərc olunmuş görüntülər onu göstərir ki, etirazçılar Ayalon şossesini bağdıqları zaman bir minik maşını yüksək sürətlə (onların üzərinə sürərək) onlardan bir neçəsini əzib.
Qəzetlərdən birinin tibbi resurslara istinadən verdiyi məlumata görə, bu maşın hücumunda Netanyahuya etiraz edənlərdən azı 5 nəfər zərər çəkib və xəstəxanaya aparılıb.