
Sionist rejimin baş naziri Benyamin Netanyahu, HƏMAS-a qarşı olduqlarını iddia etdiyi Qəzzadakı bəzi qəbilələrə silah verildiyini təsdiqləyib. Bu açıqlama, həmin dəstələrin bəzilərinin — o cümlədən İŞİD-lə əlaqəli Yasir Əbu Şabab kimi şəxslərin — humanitar yardımları talaması və ekstremist qruplarla əlaqələri haqda yayılan məlumatlardan sonra verilib.
Netanyahu sosial şəbəkədə paylaşdığı qısa videoda belə deyib:
“Təhlükəsizlik rəsmilərinin məsləhəti ilə biz Qəzzada HƏMAS-a qarşı olan qəbilələri aktivləşdirdik. Bunda pis nə var? Bu addım yalnız israilli əsgərlərin həyatını xilas edir. Bu haqda məlumat yaymaq isə yalnız HƏMAS-ın xeyrinədir.”
Qeyd: Bu məsələ ilə bağlı “İsrail Evimizdir” partiyasının sədri Aviqdor Liberman da daha əvvəl xəbərdarlıq etmişdi ki, Netanyahu bu radikal dəstələrə silah və dəstək ötürür, bu isə son dərəcə təhlükəli və qeyri-məqbul siyasətdir.