Minlərlə sionist, sionist rejiminin Ali Məhkəməsinin məhkəmə dəyişiklikləri layihəsi barəsindəki qərarı astanasında hakim kabinetə qarşı şənbə günü etirazlarda iştirak etmək üçün hazır olduqlarını bildiriblər.
Sionist qəzetinin yazdığına əsasən, sionist rejiminin Ali Məhkəməsinin çərşənbə axşamı günü “ağıllılıq arqumentinin ləğvi” qanunu barəsindəki qərarı astanasında on minlərlə israilli “Benyamin Netanyahu” kabinetinə qarşı etirazların 36-cı həftəsində iştirak etməyə hazırlaşıblar.
Bugünkü (şənbə günü) nümayişlərin təşkilatçıları bu nümayişlərin Knessetin “ağıllılıq arqumentinin ləğvi qanunu”-nun rədd etmək üçün Ali Məhkəminin hökmünə tabe olmayacağını bildirən sionist rejimi parlamentinin sədri “Amir Ohana” cavab olduğunu bildiriblər.
Tel-Əvivdəki nümayişlərin yerli vaxtla 20:00-da “Habima” küçəsində başlayıb “Kaplan” küçəsində bitəcəyi gözlənilirdi.
Bundan əlavə, işğal olunmuş torpaqların şimalında yerləşən “Səfd” şəhərindən 3 günlük “etiraz” yürüşünə başlayan minlərlə israilli Livan sərhədi yaxınlığındakı “Telhay” şəhərinə çatıblar.
Netanyahu kabinetinin təkilf etdiyi məhkəmə dəyişiklikləri layihəsinə qarşı müraciətlərə baxmaq üçün sionist rejiminin Ali Məhkəməsinin iclasının həftənin çərşənbə axşamı günü keçiriləcəyi gözlənilir. Müxaliflər bu layihəninin məqsədinin İsrailin məhkəmə sisteminin zəiflədilməsi, bu rejimin nəzarət qanunlarının aradan qaldırılması və həmçinin Netanyahunun iqtisadi korrupsiya ilə bağlı ittihamlarla mühakimə olunmaqdan qaçması olduğunu bildirirlər.
Məhkəmə dəyişiklikləri layihəsi üzərindəki daxili toqquşmalar və ixtilaflar son həftələrdə şiddətlənib. Hal-hazırda sionist rejimində bu rejimin əsas qanunlarla bağlı böhrana girmə ehtimalına dair narahatlıqlar artıb.
İsrail Ali Məhkəməsinin qeyd olunan layihəyə qarşı müraciətləri qəbul edəcəyi və həmçinin Nazirlər kabinetinin qərarlarının bir hissəsini ləğv edəcəyi təqdirdə, bu böhran daha da şiddətlənəcək. Xüsusən də Netanyahu, sionist rejiminin Ədliyyə naziri “Yario Levin” və kabinetin digər rəsmiləri İsrail Ali Məhkəməsinin belə qərarlarına əməl etməyəcəklərini bildiriblər.