Yüzlərlə sionist nümayişçi məhkəmə sisteminin zəiflədilməsini güdən Netanyahu kabinetinin məhkəmə dəyişiklikləri layihəsinə etiraz olaraq dünən (çərşənbə axşamı günü) səhər işğal olunmuş Fələstində, xüsusilə Tel-Əvivdə əsas küçələri bağlayıblar.
Məhkəmə sisteminin zəiflədilməsi prosesinin davam etməsinin ardınca, etiraz hərəkatları dünən nümayişlərin başlanması haqda məlumat veriblər.
Nümayişlər dünən səhər yüzlərlə etirazçı sionistin Tel-Əvivin mərkəzində toplaşması ilə başlayıb. Etirazçılar əsas yolları, o cümlədən Təhlükəsizlik Nazirliyi və sionist ordusunun qərargahına girişi bağlayıblar. Onlar həmçinin işğal altında olan torpaqlardakı əsas küçə və kəsişmələri, o cümlədən yüzlərlə etirazçının hazır olduğu Nəhlal kəsişməsini bağlayıblar. Bundan əlavə, onlar qatarların hərəkətində pozuntu yaratmaq niyyətində olublar.
Etirazçıların olduğu məkana öz qüvvələrini yerləşdirən işğalçı rejimin polisi dünən səhər Hayfa və Tel-Əvivin dəniz kənarı şosseslərinin bağlanması zamanı iki nəfər nümayişçini həbs edib. Nümayişçilər Tel-Əvivdəki birja binasına hücum ediblər və üzərində “biz iqtisadiyyatı xilas edəcəyik” yazılmış bannerləri binanın üzərinə vurublar. Buna oxşar bannerlər də binanın yaxınlığında dayanmış maşınların üzərinə vurulub.