Sionist rejimi ordusunun hərbiçiləri həftənin bazar ertəsi günü Nablusun müxtəlif bölgələrinə geniş miqyasda hücumlara başlayıblar. Bu hücumlar zamanı 2 nəfər fələstinli şəhid olub və bir sıra insan isə yaralanıb.
Xarici KİV-in verdiyi məlumata görə, sionist rejiminin hərbiçiləri bazar ertəsi günü bir neçə tərəfdən Nablus vilayətinin bölgələrinə hücum ediblər və fələstinlilərin evlərini hücuma məruz qoyublar.
İşğalçı hərbiçilər Nablusa hücum zamanı 2 nəfər fələstinli gənci həbs ediblər.
Eyni zamanda yerli mənbələr, Nablus şəhərində israilli işğalçılarla müqavimət qüvvələri arasında ağır silahlı toqquşmanın olması barədə xəbər veriblər. Fələstin Qırmızı Aypara Cəmiyyətinin bildirdiyinə görə, bu toqquşmada “Muhəmməd Əbu Bəkr” və “Muhəmməd Əl-Həllaq” adlı 2 fələstinli şəhid olub, bir sıra insan da yaralanıb.
İşğalçıların Nablusa hücumlarının və toqquşmaların davam etməsinə görə, Fələstin Təhsil Nazirliyi bu şəhərdə universitet və məktəbin açılış vaxtını təxirə salıb.
