Sionistlərin Nablusa hücumunda yaralanmış fələstinli yeniyetmə şəhid olub.
Fələstinli mənbələr bildiriblər ki, iki həftə əvvəl Hz. Yusif məqbərəsinə hücum zamanı işğalçıların açdığı atəş nəticəsində yaralanmış 16 yaşlı yeniyetmə “Muntəsir Muhəmməd Zibuş-şəva”, bu gün səhər şəhadətə çatıb.
Bəlate düşərgəsi məscidləri Şəvanın şəhadət xəbərini elan edərək fələstinli qruplardan bu gün onun dəfn məraimində istirak etmələrini istəyiblər.
İşğalçıların, köçkünlərin İordan çayının qərb sahillərindəki və Qüdsdəki hücumları son günlərdə faşist işğalçı rejiminin nazirlərinin radikal təhdidləri, qərarları çərçivəsində artıb.
Muntəsir Şəvanın şəhadəti ilə cari ilin əvvəlindən indiyə kimi şəhid olan fələstinlilərin sayı 51 nəfərə çatıb. Onların arasında 12 uşaq, bir yaşlı qadın və zindanda şəhid olmuş bir məhbus gözə dəyir.