İordan çayının qərb sahillərində yerləşən Nablusun cənubundakı Qaryot qəsəbəsində fələstinli bir uşaq İsrail hərbiçilərinin açdığı atəş nəticəsində şəhid olub.
“Bana Əmcəd Ləbum” adlı 12 yaşlı fələstinli uşaq İordan çayının qərb sahillərindəyerləşənNablusun cənubundakı Qaryot qəsəbəsində işğalçı İsrail hərbiçilərinin açdığı atəş nəticəsində sinəsindən güllə yarası alaraq şəhid olub.
Bu cinayət Nablusun cənubunda yerləşən Bita qəsəbəsində sionist hərbiçilərinin açdığı atəş nəticəsində türkiyəli-amerikalı bir fəalın öldürülməsindən sonra baş verib.