Sionist hərbiçiləri İordan çayının qərb sahillərində yerləşən Nablus şəhərinin cənubundakı bir keçid məntəqəsində fələstinli bir gəncə atəş açmaqla onu şəhadətə çatdırıblar.
Sionist rejimi əsgərləri Fevralın 3-ü də axşam saatlarında Nablusun cənubundakı kçiddə digər bir fələstinli gənci şəhadətə çatdırıblar. Fələstin Qırmızı Aypara Cəmiyyətinin təcili tibbi yardım və imdad mərkəzinin rəhbəri “Əhməd Cəbrail”, deyib ki, Cenin şəhərinin cənubundakı Əl-Cədidə kəndindən olan (25 yaşlı) “Abdullah Səmih Əhməd Qəlaluh” adlı bu gənc, aldığı ağır yaralar nəticəsində şəhid olub və onun cənazəsi Nablusda yerləşən Rafidiya Dövlət Xəstəxanasına köçürülüb.
Xarici KİV-in verdiyi məlumata görə, sionist rejimi mediyaları iddia ediblər ki, bu fələstinli gənc maşınından enərək sionist əsgərlərindən birinə hücum etmək və silahını götürmək qəsdi olub.