Fələstin Qırmızı Aypara Cəmiyyəti bildirib ki, işğalçı hərbiçilərin və sionist köçkünlərinin Nablusun şimal-qərbində yerləşən Bərqa şəhərciyi sakinlərinə hücumları nəticəsində 23 fələstinli yaralanıb.
Xarici KİV-in verdiyi məlumata görə İordan çayının qərb sahillərinin şimalında şəhərsalma layihəsinin məsul şəxsi olan Ğəssan Dəğləs deyib: “Təxliyə olunmuş “Humeş” şəhrəciyində yerləşmiş bir qrup sionist köçkün, işğalçı hərbiçilərin dəstəyi ilə Nablusun şimal-qərbində yerləşən Bərqa şəhərciyindəki Fələstin vətəndaşlarının evlərinə hücum ediblər.”
O, əlavə olaraq deyib: “Cammatın bu hücuma cavabından sonra toqquşmalar baş verib. Nəticədə, onlarla fələstinli zəhərli qazın udulması səbəbilə zərər görüb və boğulmayla üzləşilblər. Təxminən 50 nəfər sionist köçkün bu şəhərciyin kənarındakı bir evə daşla hücum ediblər və fələstinlilərə aid maşınlardan üçünün şüşələrini sındırıblar.”