İşğalçı İsrail rejimi Qərb Sahilində, xüsusilə də yüksək dağlıq ərazilərdə fələstinlilərə məxsus torpaqlarda yeni qeyri-qanuni məskunlaşma nöqtələri qurmaqda davam edir. Nəblus yaxınlığındakı Bəyt Dəcn yolunda və Cərizim dağında məskunlaşan yəhudi mühacirlər bölgədə strateji üstünlük əldə etməyə çalışır. Xüsusilə Cərizimdə qurulan sinaqoq şəhərə və fələstinlilərin hərəkətinə nəzarət məqsədi daşıyır.
Eyni zamanda, Ərihənin şimalındakı Şəllal Əl-Avca kəndinə edilən hücumlar artıb. Məskunlaşanların zorakı müdaxilələri, su mənbələrinin, xüsusilə də Avca bulağının hədəfə alınması, yerli beduin əhalini ərazilərindən çıxarmaq məqsədi daşıyır. Bu, fələstinlilərin gündəlik həyatına və kənd təsərrüfatına birbaşa təhdiddir.
Son iki ildə Qərb Sahilindəki beduin icmalarına qarşı 4800-dən çox pozuntu qeydə alınıb. Buna baxmayaraq, yerli əhali torpaqlarında qalmaqda israrlıdır və bu, işğalın planlı boşaltma siyasətinə qarşı əzmlə müqavimət göstərdiklərini göstərir.