Qəzzə zolağındakı Səhiyyə Nazirliyi sionist rejiminin bu bölgəyə olan təcavüzkar hücumları nəticəsində şəhid olanların sayının 23 968 nəfərə yüksəldiyini açıqlayıb.
Verilən məlumata əsasən, Qəzzədəki Səhiyyə Nazirliyi dünən (bazar günü) Qəzzə müharibəsinin 100-cü günündə verdiyi bəyanatda bildirib ki, sionist rejimi ötən 24 saat ərzində Qəzzə zolağının müxtəlif bölgələrində 125 nəfərin şəhadəti ilə nəticələnən 11 yeni cinayət törədib.
Bu bəyanatda deyilir: Yeni şəhidləri nəzərə almaqla Oktyabrın 7-dən (Əqsa Fırtınası əməliyyatı başlayandan) bugünədək sionist rejiminin Qəzzə zolağına olan hücumları nəticəsində şəhid olanların sayı 23 968 nəfərə yüksəlib.
Qəzzədəki Səhiyyə Nazirliyi, həmçinin bu təcavüzlərdə yaralananların sayının 60 582 nəfərə çatdığı bildirib.