Media məlumatları sionist rejiminə aid qırıcıların dünən səhər saatlarına yaxın və həmçinin səhər vaxtı Qəzzə zolağının müxtəlif bölgələrini bombaladıqlarından xəbər verir.
Qəzzə şəhəri dünən səhər saatlarına yaxın bir vaxtda sionist rejimi ordusunun bir neçə nəfərin şəhid olması və bəzilərinin yaralanmasına səbəb olan hava hücumlarına şahid olub.
Fələstin mediaları vurğulayıblar ki, sionist rejiminə aid qırıcılar vəhşicəsinə olan hücumlarını səhərə yaxın vaxtda daha da gücləndiriblər.
Bu qırıcı təyyarələr Qəzzə zolağının mərkəzində yerləşən Dir əl-Bələhdə fələstinlilərin evlərini bomabalayıb. Medialar da Xan Yunisin cənub bölgələrində kütləvi və şiddətli partlayışların baş verməsi barədə məlumat veriblər.
Xarici KİV-in verdiyi məlumata əsasən, sionist rejiminin Xan Yunisdə yerləşən Xəzaeyə və Böyük Əbəsan bölgəsinin şərq hissələrinə qarşı artilleriya hücumları davam edib.
Sionist rekimi ötən 24 saat ərzində Qəzzədə növbəti 7 qətliam törədib ki, bunun nəticəsində də 67 nəfər şəhid olub və digər 106 nəfər isə yaralanıb.