Sionist rejiminin Xarici Kəşfiyyat Təşkilatı olan “Mossad”-ın keçmiş rəhbəri “İsrail”-in özünü dağıdıb məhv etməkdə olduğunu və yolun sonuna yaxınlaşdığını bildirib.
“Tamir Bardo” sağçı radikal kabinetdəki partiyalar arasında koalisiya müqavilələri imzalandıqdan sonra, yəni Ədliyyə naziri Yario Levin tərəfindən məhkəmə dəyişiklikləri layihəsi elan edilməmişdən əvvəl bu nəticəyə gəldiyini bildirib.
Xarici KİV-in verdiyi məlumata görə, Bardo bildirib ki, biz təxminən 4-5 ay bundan əvvəl heç bir dəlil və məntiq olmadan özümüzü viran edici bir əməliyyata (məhkəmə dəyişiklikləri layihəsi) giriftar etmişik.
Bardo son seçkilərdən sonra hazırkı kabinetin özünü və “İsrail”-i məhv etmə yolunda addımlamasına görə, gözlənilmədən qaranlığa tərəf irəlilədiklərini açıqlayıb.