Netanyahunun qalmaqallı məhkəmə layihələrinə qarşı geniş həcmli etirazlar işğal altındakı torpaqların müxtəlif nöqtələrində davam edir.
Xarici KİV-in verdiyi məlumata görə, dünən (cümə axşamı günü) sionistlər Netanyahu kabineti tərəfindən irəli sürülən məhkəmə sistemində əsaslı dəyişikliklərə etiraz olaraq küçələrə çıxıblar. İşğal altındakı torpaqlar boyunca yolları bağlayıb və bu addımın pislənməsində bir neçə aylıq etiraz kampaniyasını şiddətləndiriblər.
Əllərində bayraqlar tutan minlərlə etirazçı Tel-Əvivin bir prospektində yürüş keçirib və iş gününün ortasında gediş-gəlişi dayandırıblar. Kiçik bir qrup bu prospektdə limandan kənarda təkərlər yandırıblar və qısa bir müddət ərzində yük maşınlarının hərəkətinə mane olublar. Polis, nümayişçiləri konfrans mərkəzi ilə üz-üzə olan yoldan çıxarıb.
Etirazlar cari ilin əvvəlindən və Netanyahunun radikal sağçı kabinetinin Ali Məhkəmənin səlahiyyətlərini məhdudlaşdıracaq yeni qanun təqdim etdiyi vaxt daha da şiddətlənib.
Bu layihə, sionist rejiminin daxildə və xaricdə infrastrukturunun sağlamlığı barədə narahatlığına səbəb olub. Hərbi Ehtiyat Qüvvələri nümayişçilərə qoşulublar və bu həftə Maliyyə Nazirliyinin yüksək rütbəli rəsmiləri narahatedici iqtisadi reaksiyaya nisbətən xəbərdarlıq ediblər.
İşğal olunmuş Qüdsdə bir qrup əhali köhnə şəhərin divarları boyunca toplanıblar və sionist rejiminin qondarma müstəqillik bəyannaməsinin böyük plakatını ordan asıblar.
Bu arada Netanyahu, Ali Məhkəmənin qanunları ləğv etmə qüdrətini məhdudlaşdıracaq məhkəmə islahatarı və qanunlarının qəbul olunmasını davam etdirib. Həmçinin, cümə axşamı günü Knessetdə baş nazirin kənarlaşdırılması şərtlərini məhdudlaşdıran və çətinləşdirən qanun qəbul edilib.