Qəzzədən qayıdan qadın bir həkim iclasda iştirak edənləri ağladıb.
Humanitar tədbirlərə görə Qəzzəyə getmiş ərəb əsilli qadın həkim “Tanya Hac Hassan” iştirakçılar qarşısında öz gözləri ilə gördüklərini danışıb və onu eşidən hər kəsin göz yaşı axıb.
O, deyib: “Sözlərimlə sizi narahat etdiyimə görə məni bağışlayın! Amma bu sözləri hamının eşitməli olduğuna inanıram. Bu 10 ayda çoxlu ağrılı səhnələr görmüşəm. Bir dəfə müalicə üçün boynundan yaralanmış bir oğlan uşağını gətirdilər. Xoşbəxtlikdən tənəffüs orqanı ciddi zərər görməmiş və o, sağ qalmışdı. Bacısını soruşdu. Azyaşlı qız uşağı olan bacısı elə bir formada yanmışdı ki, qardaşı onu tanıya bilmədi. Atası, anası və digər bacı-qardaşlarının hamısı şəhid olmuş, yalnız bu iki uşaq sağ qalmışdı. Cərrahiyyə əməliyyatından sonra onun öz-özünə danışdığını gördüm. Nə dediyini bilmək üçün yaxınlaşdım. O oğlan uşağı dedi ki, sevdiyi bütün əzizlərim dünyadan köçüblər. Onların hamısının cənnətə getdiyinə əminəm. Kaş mən də ölərdim! Mənim də onlardan sonra qalmağa taqətim yoxdur.”
Qəzzədən olan bu acı hekayə minlərlə ağrı-acılı hekayələrdən biridir ki, hər gün Qəzzədə Fələstin vətəndaşları üçün dəfələrlə baş verir.